\"Ag qızılın\" qara teleyi
Havaların yağışlı keçməsi Aran bölgəsində pambığın sahələrdə qalmasına səbəb olub. SİA-nın Qarabağ börosunun verdiyi xəbərə görə, sahələrdə qalan məhsul günü gündən məhv olur.Son günlərdə havaların sərt və yağışlı keçməsi pambıq yığımını ləngidib. Adətən ilin bu vaxtlarında pambıq yığımı başa çatmaq üzrə olsada aran bölgəsində hələdə pambıq sahələrdə qalıb.Kəndlilər min bir əziyyətlə əkib becərdiyi məhsulu sahədən yığa bilmir. Fermerlərin maraq dairəsindən çıxan pambıq get-gedə tənəzzülünə uğrayır. Qeyd edək ki, Bərdə Sovetlər dönəmindən pambıqçılığın vətəni sayılıb. O dövrdə Bərdədə hər il təxminən 100000-125000 ton pambıq yığılaraq təhvil verilib. Bu gün pambığn qiymətinin aşağı olması bu sahəyə marağı xeyli azaldıb.
Fermerlərin sözlərinə görə, dunya bazarında pambığın 1 kq-nın alış qiyməti 2.62 qəpikdirsə, ölkəmizdə müəyyən şirkətlərlə bağlanmış müqavilə əsasında pambıq kəndlidən 41 qəpiyə alınır. Pambıq çiyidinin qiyməti bu il baha olduğundan bu fermerlərə maddi cəhətdən sərf etmir.
Fermerlər bildirib ki, vəziyyət bu cür davam edərsə yaxın gələcəkdə pambıqçılıq bir təsərrüfat kimi tarixə qovuşacaq.

Şamxal Adıgözəlov


Bütün xəbərlər Facebook səhifəmizdə