Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında Noyabrın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində küləyin sürəti artacaq. Temperaturun anomal gedişi gözlənir, belə ki, gecə və gündüz 5-8 dərəcə isti, günün ikinci yarısında və axşam 3 dərəcəyədək isti təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 12-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20 dərəcə şaxta təşkil edəcək..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB