Cümşüd Nuriyev: \"Azərbaycan BMT-də uddu, Ermənistan uduzdu\" (SƏS TV)
BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan qeyri-şərtsiz boşaldılması barədə qəbul etdiyi "884 saylı" qətnamənin qəbulundan 18 il ötür. Amma indiyədək bu qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməmyib. Politoloq Cümşüd Nuriyevlə Səs Tv--nin \"Ekspress Şərh\" proqramında bu mövzunu müzakirə etdik.
- BMT Təhlükəsizlik Şurası daha üç qətnamə qəbul etməklə yanaşı, məhz 884 saylı qətnamə Zəngilan rayonun və Horadiz şəhərinin boşaldılması ilə bağlı idi. BMT nizamnaməsinin 24-cü maddəsinə görə, BMT Təhlükəsizlik Şurasınını əsas məqsədi aşağıdakılaran ibarətdir. Birincisi dünyada baş verən sülhü pozacaq hər hansı bir hadisələrin qarşısını almaq, ikincisi həmin hadisə zamanı baş verən hadisələri araşdırmaq, üçüncüsü o mübahisələri sülh yolu ilə həll etmək mümkündürsə onlar üçün təkliflər irəli sürmək, dördüncüsü bu təkliflər həmin dövlət tərəfindən həyata keçirilməzsə onlara qarşı müəyyən sanksiyalar tətbiq etmək, beşincisi isə həmin hallar həyata keçməyəndə BMT-nin yeganə qurum kimi hərbi sanksiya tətbiq etməyə icazəsi var. Belə ki, bu sənəd həmin əraziyə qoşun yeritmək hüququ verir. BMT Təhlükəsizlik Şurası yeganə beynəlxalq təşkilatdır ki, bu qurumun qəbul etdiyi qərar və qətnamələr üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir. Əslində, bu gün dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin və mövcud problemlərin həlli BMT-nin üzərində dayanıb. BMT böyük bir təşkilat olmaqla yanaşı, həm də siyasi məsuliyyət daşıyan bir qurumdur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub və BMT təhlükəsizlik Şurası işğalçı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar dörd qətnamə qəbul edib. Qətnamənin məlum şərtlərinə əsasən işğal edilən Azərbaycan əraziləri qeyd-şərtsiz boşaldılmalıdır. Lakin bu qətnamələrin icrası indiyədək yerinə yetirilməyib. İşğalçı ölkənin bu məsələdə qeyri-konstruktiv mövqe tutması Azərbaycan dövlətinin başqa vasitələrlə Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir. Bununla bağlı Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasına yenə də müraciət edə bilər, lakin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olduğuna görə, ölkəmiz həmin qətnamələrin yerinə yetirilməsini təklif və tələb edir. Həmin qətnamələrin yerinə yetirilməsi üçün lazımi addımlar atılmalıdır. Öncə, Ermənistan qətnamə layihəsinin icrasını həyata keçirmədiyinə görə bu ölkəyə qarşı iqtisadi və siyasi xarakterli sanksiya tətbiq edilməlidir. Lakin çox təəssüf ki, bunu görmürük. Bunun da səbəbi Təhlükəsizlik Şurasına üzv olan beş daimi ölkə sırasında işğalçı Ermənistanı müdafiə edənlərin olmasıdır. Bunun da kökündə yalnız geopolitik maraqlar və regionla bağlı həmin ölkələrin siyasəti dayanır. Bütün bunlara baxmayaraq, Azərbaycan diplomatiyası uğur qazanmaqdadır. Azərbaycan dövləti hücum diplomatiyası xəttini davam etdirərək Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi ilə bağlı beynəlxalq qurumlarda qərarların qəbul edilməsinə nail olub.
- BMT-nin dörd qətnaməsi və ATƏT-in Minsk qrupu bu münaqişənin həllində ciddi bir səy göstərmədi. Bu münaqişənin həllində Azərbaycan kimə ümid bağlamalıdır?
- Bildiyiniz kimi Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsi olaraq ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacağıq. Son aylar ərzində bu məqsədə çatmaq üçün diplomatiyamız böyük işlər görmüşdür. Bu səsvermənin tarixçəsi də maraqlıdır. Deyə bilərəm ki, ilkin mərhələdə Ermənistan da öz namizədliyini bizimlə bərabər vermişdi. Ancaq bir neçə ay bundan əvvəl götür-qoy etdilər və anladılar ki, Azərbaycanla diplomatik sahədə də rəqabət aparmaq iqtidarında deyillər və çox sakitcə, səs salmadan öz namizədliklərini geri götürdülər. Yəni, bu artıq özlüyündə göstərirdi ki, Azərbaycan qarşısında onlar acizdirlər və bunu etiraf edirlər. Bilirlər ki, onların işğalçı siyasəti, Azərbaycana qarşı aparılan işğalçı siyasət, onların çirkin əməlləri, məkrli planları dünya ictimaiyyəti tərəfindən heç vaxt dəstəklənə bilməz. Əksinə, dünya ictimaiyyəti bunu pisləyir və pisləyəcəkdir. Ümid edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də onlar eyni yanaşmanı göstərəcəklər, yenə də götür-qoy edəcəklər. Nəhayət, anlayacaqlar ki, Azərbaycanla heç bir sahədə onlar rəqabət apara bilmirlər və bilməyəcəklər. Nə qədər tez bunu anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır. Çünki onların BMT Təhlükəsizlik Şurasına seçkilərdə siyasi və diplomatik iflası, uğursuzluğu istisna edilmir ki, təkcə diplomatik meydanla məhdudlaşmayacaqdır. Azərbaycan güclü dövlətdir və güclü dövlətlərlə qonşular adətən dost olmaq istəyirlər. Təbii ki, bütün münaqişələrin həlli gec-tez mümkün olur. Sadəcə olaraq zaman məsələsi var. Problemi həll etmək üçün danışıqları davam etdirməklə bərabər ordumuzu gücləndiririk. Azərbaycanın hərbi potensialı gündən-günə artmaqdadır. Düşünürəm ki, bu çox düşünülmüş siyasətdir. Ümumiyyətlə, Cənubi Qafqazda sabitlik üçün görünür zaman lazımdır. Problemin həllində aparılan danışıqlar bir nəticə verməsə təbii ki, Azərbaycan hərb yolu ilə torpaqlarını azad etmək məcburiyyətində qalacağı şübhəsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB