“Bugünki Azərbaycan konstitusiyası sivil dünyanın qabaqcıl ölkələrin konstitusiyalarına tamamilə uyğundur”-MÖVQE
Azərbaycanda Konstitusiya Gününün dövlət səviyyəsində qeyd edilməsi dövlətin Konstitusiyaya verdiyi çox böyük önəmin, hörmət və ehtiramın ifadəsidir. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu bayramın keçirilməsi gənclərdə, şagirdlərdə, tələbələrdə, hətta uşaq bağçalarında dövlətə olan güvənlik hissinin artmasını təbliğ və tərbiyə edir.
"Konstitusiya özündə ehtiva etdiyi norma və prinsiplərlə insanları tərbiyələndirir, dövlətə, onun atributlarına hörmət etməyə çağırır. Milli konstitusiya ümummilli lider Heydər Əliyevin sədrliyi ilə işlənib hazırlanıb və 1995-ci il referendum yolu ilə qəbul edilib. Həmin vaxt ulu öndərin qarşıya qoyduğu əsas məsələ ondan ibarət idi ki, bütün sivil dünyanın prinsiplərini əks etdirsin, hər bir insanın, vətəndaşın hüquq və azadlıqlarını qorusun. Konstitusiyanın əsas dayaq nöqtələrindən biri ondan ibarət oldu ki, şəxsiyyət, cəmiyyət və dövlət riadası bərabər əsaslarla fəaliyyət göstərir. Azərbaycanın bugünki konstitusiyası yuridik baza təşkil etməklə bu vəzifənin öhdəsindən layiqincə gəlir. Buraya sonradan əlavə və dəyişiklərin edilməsi zərurəti ilk növbədə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına xidmət edir. Bugün Azərbaycan dövləti siyasi, iqtisadi inkişafın o mərhələsinə gəlib çatıb ki, hər bir vətəndaşa layiqli həyat səviyyəsi bəxş edilir. Bugünki Azərbaycan konstitusiyası sivil dünyanın, yəni inkişaf etmiş, qabaqcıl ölkələrin konstitusiyalarına tamamilə uyğundur və hətta bəzi hallarda bizim konstitusiyamız daha irəli gedir. İnanıram ki, bundan sonra da bir çox 10 illik, 100 illiklər konstitusiya xalqımıza xidmət edəcək", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB