\"Ermənilər uçacaqlar, bir də görəcəklər ki, yerdədilər\"

\"Ermənilər uçacaqlar, bir də görəcəklər ki, yerdədilər\"

\"Ermənistanın Xankəndi aeroportundan uçuş etmək cəhdləri təxribatdır\". SİA-nın xəbərinə görə, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Beynəlxalq Aviasiya qanunları mövcuddur və Azərbaycanın icazəsi olmadan onun hava məkanından heç kəs uçuş xətti kimi istifadə edə bilməz.

"Hesab edirəm ki, bu təxribat xarakterlidir. Bu iqtisadi cəhətdən də özünü doğruldan deyil. Ağlı başında olan insan Azərbaycanın hava məkanını pozmaz", - deyə B.Səfərov qeyd edib.

O vurğulayıb ki, beynəlxalq təşkilatlara müraciət üçün icma kiçik təşkilatdır. Birliyin sədri bildirib ki, bu istiqamətdə Azərbaycan hökuməti mütəmadi işlər görür: "Xankəndi aeroportunda ola bilsin ki, bir sıra uçuşlar olsun. Lakin Ali Baş Komandan başda olmaqla xalqımız buna etirazını bildirib. Ermənilər uçacaqlar, bir də görəcəklər ki, yerdədilər\".

Bütün xəbərlər Facebook səhifəmizdə