Qurban bayramının son günü Türkiyənin Van şəhərinə səfər edən xarici işlər naziri Əhməd Davudoğlu oktyabrın 23-də baş vermiş dəhşətli zəlzələ zamanı yardım əlini uzadan bütün ölkələrə, xüsusilə də ilk gün xilasedici qrup göndərmiş Azərbaycana təşəkkürünü bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlu 30 ölkədən, o cümlədən Azərbaycandan göndərilmiş çadırlarda qalan ailələri ziyarət edib, zəlzələnin ilk saatlarında yardım göndərmək üçün dost və qardaş ölkələrin müraciət etdiyini xatırladıb.
Onun sözlərinə görə, xarici ölkələrdən 21 min 593 çadır, 100 min yorğan və digər yardımlar göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB