İsrail Azərbaycanda terror təhlükəsinə dair xəbərdarlığı ləğv etdi
İsrail hökuməti yanında terrorla mübarizə üzrə qərargah Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanda İsrail vətəndaşlarına qarşı terror təhlükəsinə dair daha əvvəl yaydığı xəbərdarlığı ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müvafiq açıqlama İsrail baş nazirinin mətbuat xidməti tərəfindən yayılıb.
Xatırladaq ki, İsrail vətəndaşlarını Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İraq, İordaniya, Misir, Mərakeş və Fars Körfəzi ölkələrinə səfərdən çəkinməyə çağıran xəbərdarlıq bu ilin fevral ayında açıqlanıb. Xəbərdarlıq "Hizbullah" liderlərindən biri İmad Miqniyənin öldürülməsini 3-cü ildönümü ilə əlaqədar idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB