Jurnalistlər Sarkozi ilə Obama arasında gedən söhbəti bütün dünyaya yaydılar
ABŞ və Fransa prezidentlərinin G20 ölkələrinin Parisdə keçirilən toplantısı çərçivəsində apardıqları danışıqların məzmunu dünyanın gündəmində hələ çox qalacaq. SİA-nın fransız mətbuatına istinadən verdiyi məlumata görə, Obama ilə Sarkozinin Yelisey Sarayında apardıqları danışığın məzmunu məhz jurnalistlərin xidməti sayəsində faş olub.
Belə ki, hələ danışıqlardan xeyli əvvəl mətbuat konfransının keçiriləcəyi salonda jurnalistlərə tərcuməçi qulaqcıqlar paylanıb. Sonra Yelisey sarayının sözçüsü mətbuat konfransının iki ölkə başçılarının danışıqlarından sonra baş tutacağını elan edib və sonra xüsusi olaraq vurğulayıb ki, qulaqcıqlardan istifadə etməsinlər. Amma…
Jurnalistlər isə Obama-Sarkozi danışıqlarının məzmunundan məhz qulaqcıqlar vasitəsilə xəbərdar olan kimi onu bütün dünyaya yayıblar. Əsas məsələ isə Sarkozinin İsrailin baş naziri Netanyahu haqqında söylədiyi fikirlər olub. Sarkozinin Netanyahunu "yalançı" adlandırmasına cavab olaraq Obama "Sən onun bu hərəkətinə dözə bilmirsən, mən isə hər gün onunla görüşmək zorundayam", deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB