Tağı Əhmədov: “Son 8 ildə Bakı Metropoliteni üçün 166 yeni vaqon alınıb”

Tağı Əhmədov: “Son 8 ildə Bakı Metropoliteni üçün 166 yeni vaqon alınıb”

Bakı Metropoliteni üçün 2003-cü ildən indiyədək 166 yeni vaqon alınıb. SİA-nın məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Bakı Metropoliteninin rəisi qeyd edib ki, bütövlükdə, yeni vaqonlar metropolitenin vaqon parkının 75 faizini təşkil edir, bu, kifayət qədər yaxşı göstəricidir və Azərbaycan xalqına yüksək xidmət deməkdir. Metropolitendən gün ərzində 600 minə yaxın sərnişin istifadə edirsə, metrosuz Bakının nəqliyyat sistemini təsəvvür etmək mümkün deyildir. 600 min sərnişin Bakı əhalisinin təxminən 35-37 faizi deməkdir. Əgər metro olmasaydı nəqliyyat sistemi iflic olardı.


Bütün xəbərlər Facebook səhifəmizdə