Andlılar məhkəməsi Maykl Ceksonun bilməyərəkdən öldürülməsində günahlandırılan şəxsi həkimi ilə bağlı qərar çıxarıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Konrad Mürreyin işi ilə bağlı hökm Los-Anceles məhkəməsində oxunub. Andlılar məhkəməsi Mürreyi Maykl Ceksonun ölümündə günahkar sayıb. Ona 4 ilə qədər həbs cəzası veril bilər.
Bundan əlavə, Mürrey həkim lisenziyasından da məhrum ediləcək. Prosesi aparan hakim andlılar məhkəməsinin qərarından dərhal sonra Konrad Mürreyin həbs edilməsi barədə göstəriş verib. Bundan sonra Mürrey həbs olunub və qollarına qandal vurularaq, məhkəmə zalından çıxarılıb. O, ən azı noyabrın 29-na kimi həbsxanada qalacaq. Noyabrın 29-da onun barəsində məhkəmə hökmü çıxarılacaq. O, girov müqabilində azadlığa buraxıla bilməz. Məhkəmənin hökmü ilə onun kamerasında 24 sutka ərzində nəzarət aparılır. Polis Mürreyin kamerada intihar edə biləcəyindən narahatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB