İstanbul-Məkkə arası 24 saat ...

İstanbul-Məkkə arası 24 saat ...

İngilislərin Birinci Dünya müharibəsində təxrib etdiyi İstanbul-Məkkə arasındakı Hicaz dəmiryolu layihəsi 100 il sonra yenidən start götürür. 2 min 241 km uzunluğundakı layihə daxilində İstanbuldan hərəkət edən sürətli qatar 4 ölkəni keçib Məkkəyə çatacaq.

Türkiyə son illərin ən böyük dəmir yolu layihəsinə yenidən start verməyə hazırlaşır. İstanbul-Hicaz dəmiryolu xətti 100 illik fasilədən sonra yenidən gündəmə gəlib.

1 sentyabr 1900-cu il tarixində təməli atılan və 1904-ci ildən etibarən mərhələ-mərhələ inşa edilən İstanbul-Məkkə xətti yenidən canlandırılacak.

Suriya, İordaniya və Səudiyyə Ərəbistanında da layihə barədə eyni fikirdədirlər. 2015-ci ilə qədər layihələr tamamlanacaq. Adıçəkilən ölkələrdə aparılacaq inşaat işləri ilə yanaşı İstanbul-Ədirnə sürətli dəmiryolu xətti də tikiləcək və sonda bu Avropa nəqliyyat şəbəkəsinə daxil ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə