Azərbaycanda noyabrın 6-7-də Qurban bayramı, noyabrın 9-da isə Dövlət Bayrağı Günü qeyd ediləcək. Bu günlərdə yol polisi gücləndirilmiş iş rejimində işləyəcək. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı və Dövlət Bayrağı günlərində DİN-in bütün orqan və hissələrinin noyabrın 5-dən 10-a kimi gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı əmr imzalayıb.
Əmr bayram günlərində əhalinin kütləvi istirahət və digər yerlərdə ictimai qaydanın və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, habelə baş verə biləcək hər hansı qanunsuz hərəkətlərin qarşısının operativ alınması məqsədilə imzalanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB