Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar tənqid hədəfinə çevrilmişdi. Ancaq Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Digər milli və dini bayramlarla yanaşı "Qurban"da qeyd olunmağa başlandı.
Bu il Qurban bayramı 7 noyabrda qeyd olunacaq.
Qurban dininin tarixi uzaq keçmişə təsadüf edir. Həzrəti Məhəmmədin yaratdığı İslam dini böyük və əvəzsiz inqilab yaratdı. Qurban bayramı bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, hətta bu cür qurbanı qadağan etdi. Ona görə də islam dini Allahın adınan buyurdu ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi qurban kəsə bilərdi. Ancaq sonradan bu bayramı daha da şərəfləndirmək üçün ildə bir dəfə Zilhiccə ayında qurban kəsmək qanuniləşdi.
Artıq Paytaxtda Qurban Bayramı əhval-ruhiyyəsi hiss olunmağa başlayıb. İnsanlar bayram süfrəsi üçün bazarlıq edir, rayonlardan paytaxta mal-qara gətirilir. Artıq Qurbanlıq qoyunların kəsilməsi üçün yerlər müəyyənləşdirilib.
Noyabrın 6-da Qurban bayramı ilə əlaqədar Təzəpir məscidində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumatda bildirilir ki, Azərbaycanda mövcud olan hər iki məzhəbin nümayəndələri noyabrın 6 və 7-də bayram namazı qılıb, qurbanlarını kəsə bilərlər.
"Rəbbin üçün namaz qıl və qurban kəs!\", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür". Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Quranda yazılıb: \"Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".
Allah Qurbanınızı qəbul etsin. Amin!
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB