Bayram günlərinə gözlənilən hava şəraiti

Bayram günlərinə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bayram günlərinə olan hava praqnozunu açıqlayıb. SİA-nın məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü Şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir, belə ki, gecə və səhər 10 dərəcəyə yaxın, günün ikinci yarısında və axşam 2-5 dərəcə isti təşkil edəcək.


Noyabrın 7-də anomal kəskin soyuq hava şəraiti davam edəcək. Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.


Noyabrın 8-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.


Noyabrın 9-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə