Bu gün ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri cəbhənin Ağam istiqamətində monitorinq keçiriblər. SİA-nın Qarabağ börosunun verdiyi məlumata görə, ATƏT-in Ağdamda keçirdiyi sonuncu monitorinqdən sonra cəbhənin Ağdam istiqamətində Ermənistan ordusu tərəfindən 166 dəfə atəşkəs pozulub. ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri monitorinqdən əvvəl Ağdam rayon icra hakimiyyətində olublar. Burada rayon icra başcısı Nizami Sadıqovla görüşüblər. İcra başcısı monitorinq iştirakçılarına bildirib ki, işğalçı Ermənistan Silahlı Qüvvələri intensiv olaraq atəşkəsi pozur. Cəbhə kəndlərimiz tez-tez atəşə tutulur, mülki vətəndaşlar ziyan çəkir. Daha sonra ATƏT nümayəndələri monitorinq keçirmək üçün cəbhə xəttinə yola düşüblər. Ağdamın Orta Qərvənd kəndində 2 saatdan çox monitorinq keçirilib. Səhra köməkçilərinin monitorinqi insidentsiz başa çatıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB