Hillari Klinton Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Hillari Klinton Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dövlət katibi təbrik məktubunda Qurban bayramının dünyanın müxtəlif ölkələrinin müsəlmanlarını bir araya gətirdiyini vurğulayaraq, bunun çox mühüm dəyər olduğunu və ABŞ-ın bu dəyəri paylaşdığını diqqətə çatdırıb.

Hillari Klinton fürsətdən istifadə edərək, Azərbaycan xalqını və hökumətini bu müqəddəs bayram münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə