Ermənistan parlamentinin spikeri istefa verib

Ermənistan parlamentinin spikeri istefa verib

Ermənistan parlamentinin spikeri Ovik Abramyan istefa verib. SİA-nın "News.am" a istinadən verdiyi xəbərə görə, bu barədə o jurnalistlərə Ermənistan respublikaçı partiyasının icra komitəsinin iclasından sonra bildirib. O. Abramyan qeyd edib ki, partiya gələcək parlament seçkilərində Ermənistan respublikaçı partiyasının seçki qərargahının rəisi vəzifəsinə onun namizədliyi irəli sürüb: "Mən parlamentin spikeri vəzifəsini tərk etmək və işimi seçki qərargahının formalaşmasına yönəltməyi təklif etdim".

O. Abramyan həmçinin bildirib ki, iclasda onun spiker vəzifəsində kiminlə əvəz olunması məsələsi müzakirə olunmayıb. O, Ermənistan hökumətinin digər yüksək vəzifəli şəxslərinin istefa verməsini istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə