Kənd təsərrüfatı işçiləri günü nazirlikdə qeyd olundu

Kənd təsərrüfatı işçiləri günü nazirlikdə qeyd olundu

Bu gün Kənd Təsərrüfatı Nazirliyində Kənd təsərrüfatı işçiləri günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, bu gün 9 oktyabr 2008-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamı əsasında təsis edilib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsinə dövlət başçısı tərəfindən diqqət və qayğı göstərilir: "Prezident İlham Əliyevin dəstək və qayğısı olmasaydı, bugünki imkanlar olmazdı. Bəlkə də kənd təsərrüfatının hansısa sahələri tənəzzül edərdi. Nazirlik isə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.".

İ.Abasov qeyd edib ki, ötən gün dövlət başçısı İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı işçilərinin fəxri adlar və Tərəqqi medalı ilə mükafatalandırılması bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğını bir daha sübut edib.

Tədbirin davamında nazirlik rəsmiləri Azərbaycan kənd təsərrüfatı shaəsinin keçdiyi inkişaf yoluna qısaca nəzər salıblar.

Qeyd edək ki, bayram münasibətilə kənd təsərrüfatı işçiləri Fəxri Xiyaban və Şəhisdlər Xiyabanını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə