Respublika Uşaq Klinik Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib

Respublika Uşaq Klinik Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı xəstəxananın təmirdən əvvəlki vəziyyətini əks etdirən stendə baxıb.


Xəstəxananın foyesində Heydər Əliyevin, prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb.


Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanıb. Binada yüksək səviyyədə təmir-bərpa işləri aparılıb. Müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcək.


Prezident İ. Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılmış şəraitlə tanış olub.


Görülmüş işlərdən razılığını bildirən Azərbaycan prezidenti tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня