Daxili İşlər Nazirliyi Balakəndə toyda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 30-da saat 18.00 radələrində Balakən rayonunun İtitala kəndi ərazisində keçirilən toy məclisində bəyin qardaşı Cəlal Mustafayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bəy Novruz Mustafayev və gəlin Xəlisət Qurbanova yüngül xəsarət alıblar.
Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən C. Mustafayevdən 1 ədəd ov tüfəngi götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB