Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Rusiyanın Sankt-Peterburq və Həştərxan vilayətlərinin, eləcə də Ukraynanın və Türkiyənin həmkarlar ittifaqları ilə əmək miqrantlarının sosial müdafiəsinin qarşılıqlı şəkildə təmin olunması üçün müqavilələrin imzalanması ilə bağlı danışıqlar aparır.

Bu sözləri AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyevin vurğulayıb ki, dünyada güclənən miqrasiya proseslərinin səmərəli idarə olunması üçün AHİK öz fəaliyyətini müxtəlif ölkələrin həmkarlar ittifaqları təşkilatları ilə əlaqələndirməyə və onlarla əməkdaşlıq haqqında sazişlər imzalamağa çalışır. AHİK-in artıq Rusiyanın Sverdlovsk vilayətinin və Gürcüstanın həmkarlar ittifaqları təşkilatları ilə belə sazişləri vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə