Müdafiə Nazirliyi bütün hərbi strukturlarda yoxlamalara başlayıb

Müdafiə Nazirliyi bütün hərbi strukturlarda yoxlamalara başlayıb

Azərbaycan müdafiə naziri Səfər Əbiyevin əmrinə əsasən, bu gündən birlik, hərbi birləşmə, hərbi hissələr, o cümlədən hərbi təhsil müəssisələrində yoxlamalara başlanılır. Bu barədə məlumat verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin sözlərinə görə, bu hər ilin sonunda keçirilən planlaşdırılmış yoxlamadır.


T.Abdullayev bildirib ki, bu yoxlamalar mütəmadi olaraq aparılır: "Bu yoxlamalarda da məqsəd yerlərdə, hərbi hissələrdə işlərə kömək etmək və mövcud olan bəzi nöqsanların aradan qaldırılmasına yardımçı olmaqdır. Eyni zamanda işin təsisinin daha təkmiləşdirilməsi məqsədi daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə