Azərbaycandan göndərilən növbəti xilasedici dəstə Vana çatıb-FOTO
Azərbaycandan göndərilən xilasedici dəstələr Doğubayazıt Gürbulak sərhəddini keçərək zəlzələ baş verən Vana çatıblar. SİA-nın xəbərinə görə, 40 avtomobildən ibarət maşın karvanının içərisində 1000 ədəd çadır (hər biri 24 kv.m) 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə gəirilib. Maşın karvanının nümayəndəsi Məhərrəm Həsənov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu söyləyib. O bildirib ki, zəlzələ baş verən gündən etibarən Azərbaycanın xilasediciləri insanların həyatını qurtarmaqda türk qardaşalrına yardım edir: "Zəlzələdən 102 saat sonra azərbayacn xilasediciləri dağıntılar altından 2 nəfəri çıxarıb. Indi isə 40 avtomobildən ibarət maşın karvanı ilə zəlzələdən əziyyət çəkən şəxslərə çadır, ədyal, mətbəx ləvazimatı və generair gətirdik. Bundan sonra da yardımlarımız gəlməyə davam edəcək. Türkiyənin acısı bizim də acımızdır.Türkiyəyə keçmiş olsun və başınız sağolsun deyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB