Əli Həsənov: “Türkdilli Ölkələrin və Toplumların Media Platforması hər hansı dövlətə, o cümlədən Rusiyaya qarşı yönəlməyib”
"Türkdilli Ölkələrin və Toplumların Media Platforması heç kimə qarşı yönəlməyib. Bu, bizim varlığımızın dünyaya təqdim olunmasında bir vasitədir. Yeni yaradılan platforma hər hansı dövlətə, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Çünki Rusiya bizim strateji tərəfdaşımızdır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, bu gün Rusiyada yaşayan türklər və müsəlmanlar vəziyyətlərindən çox razıdırlar. Onun sözlərinə görə, Rusiyada bəzi qüvvələr Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılmasını Rusiyaya qarşı vasitə kimi istifadə olunacağı kimi qələmə verməyə çalışacaqlar.
Ə.Həsənov vurğulayıb ki, amma bu, qətiyyən belə deyil: "Biz Rusiya ilə tərəfdaşlığımız, strateji müttəfiqimizi davam etdiririk. Rusiya Türkiyənin də, Azərbaycanın da, Qazaxıstanın da, Qırğızıstanın da, Türkmənistanın da, Özbəkistanın da, digər türk toplumlarının da dostu, həmçinin, bölgənin böyük dövləti olaraq qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB