Milli Məclisin bu gün növbəti iclası keçirilib. İclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinlənilib. SİA-nın xəbərinə görə, milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib ki, cari ilin 9 ayında Azərbaycanda keçirilmiş əməliyyat-profilaktik tədbirləri nəticəsində insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin cinayətləri törətmiş 17 nəfər saxlanılıb, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunub.
Daha sonra hesabatla bağlı müzakirələr başlanıb.
Millət vəkili Məlahət İbrahimqızı qadınlara qarşı zorakılıq hadisələrinin təkcə Azərbaycanın deyil, ümumilikdə qolbal bir problem olduğunu deyib. Millət vəkilli təklif edib ki, ailə daxili münaqişələrdə zorakılığın qarşısını almaq üçün qadın polislər bu işə cəlb olunsun. O, qonşu Türkiyə və Gürcüstanda bu cür təcrübənin olduğunu söyləyib.
Fazil Mustafa isə İnsan Alverinə Qarşı Mübarizə sahəsində ölkədə köklü dəyişikliklərin baş verdiyini deyib. O, bildirib ki, bu sahədə təkcə hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə ciddi iş düşür. Xüsusilə mediada, eləcə də ayrı-ayrı vasitələrdən istifadə etməklə təbliğat işi aparmaq lazımdır. Millət vəkili ticarət obyektlərində uşaqların əməyindən istifadə edilməsi məsələsinə toxunub və bildirib ki, bu, yaşayış səviyyəsi ilə bağlıdır. Uşaqlardan satıcı kimi və yaxud digər işlərdə istifadə olunur, bu zaman isə onlar təhsildən uzaq qalırlar. Bu nəzarətsizlik isə uşaqları qurbana çevirir.
Deputat Zahid Oruc kənardan ölkəyə ucuz işçisi qüvvəsi gətirilməsi məsələsinə toxunaraq qeyd edib ki, bu problem xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Əməmk miqrasiyasını həyata keçirən qurumlar fəaliyyətlərini gücləndirməlidirlər. Millət vəkili övladlığagötürmə qaydalarına xüsusi nəzarətin artırılmasının vacibliyini qeyd edib, eyni zamanda son vaxtlar İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsi hallarının artmasına, ölkədə saxta nikahlar məsələsinə diqqət çəkib. Z. Oruc uşaq dilənçiliyinə qarşı tədbirlərin önəmliliyini vurğulayıb.
Millət Məkili Siyavuş Novruzov qeyd edib ki, bu problem bir ölkənin deyil, dünyanın problemidir. İnsan alverinə qarşı mübarizə cəm şəklində aparılmalıdır. ABŞ-ın Azərbaycanla bağlı yaydığı hesabatına toxunan deputat bildirib ki, heç bir dövlətin haqqı yoxdur ki, hər hansı bir dövlət haqqında hesabat yaysın. Hər dəfə bəzi beynəlxalq qurumlar qərəzli hesabatlar yayımlayır. Qərəzli insanlar var ki, Azərbaycana nə qədər ziyan dəyirsə, onların cibləri bir o qədər dolur. Onlar öz şəxsi maraqları çərçivəsində çıxış edirlər.
Müzakirələrdən sonra Milli Koordinatorun hesabatı 99 səs çoxluğu ilə qəbul edilib.
Sənəddə qeyd olunub ki, Azərbaycana məxsus mədəni bitki brendləri Azərbaycan xalqının milli sərvətidir və qanunla qorunur. Azərbaycana məxsus ənənəvi mədəni bitki brendlərinin və onların areallarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunaraq təsdiq edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB