Elmar Məmmədyarov: “Azərbaycan BMT TŞ-yə iki dəfə sədrlik edəcək\"
"Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi Azərbaycan xalqının qələbəsidir". SİA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu qələbə Azərbaycana səs verən ölkələrin ölkəmizi dəstəkləməsinin göstəricisidir.
Azərbaycanın Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi Qarabağ problemi ilə bağlı qurumda müzakirələr aparılmasına təsir edə bilərmi" sualına nazir belə cavab verib: "Hansısa təşəbbüsü müzakirəyə çıxarmaq üçün əvvəlcə şuranın beş daimi üzvünün dəstəyi olmalıdır. Onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Bu məsələni beş daimi üzvlə müzakirə etməmişik, amma edəcəyik. Azərbaycan BMT TŞ-yə iki dəfə sədrlik edəcək, bu gələn ilin may ayında və 2013-cü ilin sentyabrında olacaq. Biz belə nüfuzlu bir yerdə sədr olmaq üçün hazırlıq görməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB