Liviyanın keçmiş lideri, polkovnik Müəmmar Qəddafi ölümündən üç gün əvvəl vəsiyyətnamə yazıb. Ərəb dilində yazılmış sənəd Seven Day News saytında dərc olunub.
Polkovnik vəsiyyətnamədə xahiş edib ki, onu anadan olduğu Siirt şəhərində ailə üzvlərinin yanında və həlak olduğu paltarda dəfn etsinlər. Keçmiş lider bunu onunla izah edib ki, cismini itirməsinlər.
Qəddafi sonra yazıb: "Mən tərəfdarlarıma səslənirəm, mübarizəni sona qədər davam etdirin. Bu gün, sabah və həmişəlik olaraq xarici işğalçılara qarşı mübarizə aparın. Hətta biz qələbə qazanmasaq belə, gələcək nəsillərə vətənimizi qorumağın namus məsələsi olduğunu, qaçmağın isə ən böyük satqınlıq olduğunu başa salmaqla onlara örnək olmalıyıq".
The Telegraph yazır ki, Liviyanın keçmiş lideri xalqından onun ölümündən sonra ailə üzvlərindən olan qadın və uşaqları qorumağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB