ABŞ-ın dövlət katibi Hillari Klinton İrana sərt xəbardarlıq edib. SİA-nın FOX NEWS-a istinadən verdiyi xəbərə görə, ABŞ İraqdan əsgərlərini bu ilin sonuna qədər çıxarmağı planlaşdırır. Ancaq bizim bu addımımız rəsmi Tehranın xam xəyallara düşməsinə rəvac verməməlidir. Biz İranı bu prosesdə səhv hesablamalara girməməsi istiqamətində xəbərdar edirik.
Bundan başqa Klinton ABŞ əsgərlərinin ölkədən çıxmasına baxmayaraq İraq ilə hərbi, siyasi və təhlükəsizlik əlaqələrinin davam etdiriləcəyini söyləyib: "İraqla ABŞ-ın yüksək əlaqələri mövcuddur".
İraqın tam müstəqil və suveren bir ölkə olduğunu ifadə edən Klinton bu ölkə ilə uzun illər güclü təhlükəsizlik əlaqələrinin bundan sonra da davam etdirəcəklərini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB