Azərbaycan zəlzələ baş verən Vana ilk yardım əlini uzadan ölkə oldu
Azərbaycan zəlzələ baş verən Vana ilk yardım əlini uzadan ölkə oldu. SİA-nın verdiyi məlumata görə, bu barədə türkiyə qəzetləri yazır. Xəbərdə deyilir ki, Azərbaycan hökuməti axtarış qrupları ilə birlikdə tibbi və ləvazimatlarla dolu təyyarəsini də Vana göndərib.
"Azərbaycan prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq qardaş ölkənin Fövqəladə Hallar Nazirliyi bir neçə saat içində ölkəmizdə zəlzələdən zərər çəkənlərə kömək üçün 2 təyyarə vəsaitlə birlikdə 140 nəfərdən ibarət xilasedici qrup göndərdi", Türkiyə qəzetləri yazır.
Xilasedicilərimiz daha çox dağıntı olan Erciş rayonunda türkiyəli həmkarlarına yardım edəcəklər.
Bu arada, Vanda yaradılmış hökumət böhran mərkəzi son rəqəmləri açıqlayıb. Vanın Erciş rayonunda 54 bina dağılıb, 217-dən çox insan ölüb. Dağıntılar altında 366 insanın qaldığı ehtimal edilir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və nazirlər Erciş rayon mərkəzi və Van şəhərində axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olublar.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Van şəhərindəki valilik binasında keçirdiyi mətbuat konfransında Azərbaycanın yardımını xüsusi qeyd edib. Türkiyə hökumətinin başçısı Azərbaycan dövlətinə təşəkkürünü bildirərək demişdir ki, ölkəmizdən bütün zəruri avadanlqla təchiz olunmuş böyük bir xilasetmə qrupunu gətirən təyyarə Van hava limanına enib. Azərbaycanlı xilasedicilər Erciş rayonuna göndərilib və orada dağıntılar altında qalmış insanları xilasetmə əməliyyatlarında iştirak edəcəklər.
Rəcəb Tayyib Ərdoğan daha sonra zəlzələnin ilkin nəticələri barədə jurnalistlərə məlumat verib. Van şəhərində 93, Erciş rayonunda isə 45 nəfər ölmüş, 350 yaralı isə Vanın və ətraf vilayətlərin xəstəxanalarına çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB