Həmsədrlər təmas xəttini keçiblər

Həmsədrlər təmas xəttini keçiblər

Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərdən təmas xəttinin Azərbaycan Ordusunun nəzarətində olan tərəfinə keçiblər.


SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, okytabrın 22-də Azərbaycan Respublikasının Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilir.


Monitorinqi Azərbaycan tərəfdə ATƏT ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirirlər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirirlər.


Bütün xəbərlər Facebook səhifəmizdə