Fövqəladə Hallar Nazirliyi Samuxda təlimlərə başlayıb - FOTOSESSİYA
Samuxda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda təlimlər keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, kompleks təlimlərdə nazirliyinin müxtəlif qüvvələri ilə yanaşı Mülki Müdafiə Şöbəsinin tağımı, polis orqanlarının şəxsi heyyəti və digər qurumlar iştirak edib.
Təlimləri rayon icra hakimiyyəti başsçısı Vilyam Hacıyev başda olmaqla FHN-nin rəsmiləri və digər güc strukturlarının rəhbərləri izləyib. Tədbirin təşkilində əsas məqsəd fövqəladə hallar zamanı qarşıda duran vəzifələrin yerinə yetirlməsinin hazırlığı, əhalinin və işçilərin mühafizəsində mülki müdafiə tədbirlərini hansı səviyyədə həyata keçirilməsini yoxlamaq olub. Təlimlər təxminən 1 saat davam edib. Mülki müdafiə quvvələri şərti olaraq obyektə daxil olan cinayətkar qrupun zərərsizləşdirilməsini həyata keçirib. Həmçinin fövqaladə hal baş verən ərazinin müzhafizəsi, əraziyə giriş çıxış məhdudlaşdırılması və baş verən yanğının zərərsizləşdirilməsini təmin ediblər.
Təlimlərin sonunda rəsmilər Fövqəladə Hallar və digər qurumların nümayəndələrinə qoyulan tapşırığı nəzərdə tutulan zamanda icra etdikləri üçün onlra təşəkkür edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB