TÜRKPA-nın baş katibi Türkdilli Dövlətlər Başçılarının Almatı sammitində iştirak edir
TÜRKPA baş katibi Ramil Həsənov oktyabrın 20-21-də Qazaxıstanın Almatı şəhərində keçirilən Türkdilli Dövlətlər Başçılarının sammitində iştirak edir. TÜRKPA-dan SİA-ya verilən xəbərə görə, sammit çərçivəsində baş katibinin Xarici İşlər Nazirlərinin toplantısında və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin iştirak edəcəyi sammitində iştirakı planlaşdırılır. TÜRKPA Baş katibinin Türkdilli Dövlətlər Başçılarının qarşısında TÜRKPA-nın bir illik fəaliyyəti ilə bağlı hesabat çıxışı nəzərdə tutulur. Səfər çərçivəsində R.Həsənovun həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) Baş katibi, Səfir cənab Halil Akıncı və TÜRKSOY-un Baş katibi cənab Düsen Kaseynovla da iki tərəfli görüşləri də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB