Xarici İşlər Nazirliyi PKK terrorçularının Türkiyədə törətdikləri terror hücumlarına kəskin etiraz bildirib

Xarici İşlər Nazirliyi PKK terrorçularının Türkiyədə törətdikləri terror hücumlarına kəskin etiraz bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) PKK terrorçularının Türkiyədə törətdikləri terror hücumlarına kəskin etiraz bildirib. SİA-nın verdiyi məlumata görə, XİN-in mətbuat katibi Elman Abdullayev bildirib ki, nazirlik hadisə ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

"Biz terrorun bütün təzahürlərini şiddətlə qınayır və qardaş türk xalqına başsağlığımızı çatdırırıq. Bir daha bəyan edirik ki, hər zaman qardaş türk xalqının yanındayıq", - deyə XİN mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Hakkari vilayətindəki Yüksəkova və Çukurca rayonlarında PKK terrorçularının polis bölmələri və sərhəd qarnizonlarına hücumu nəticəsində 24 polis və əsgər həlak olub, 18 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə