ATƏT Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdə olacaqlar

ATƏT Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdə olacaqlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov , Bernar Fasye və Robert Bradtke oktyabrın 21-22-də Ermənistanda səfərdə olacaqlar. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan açıqlayıb. O həmsədrlərin prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəyini bildirib. Xatırladaq ki, həmsədrlər gələn həftənin əvvəlində Azərbaycana gələcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə