Gəncədə «Dövlət Müstəqilliymiz və Media» mövzusunda konfrans keçirilib - FOTOSESSİYA
Müstəqilliyimizin 20 ci il dönümü münasibətilə Respublikamızda fəaliyyət göstərən media nümayəndələrinin irştirakı ilə tədbir keçirilib. SİA-nın bölgə müxbirinni verdiyi məlumata görə, tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Ardından "Dövlət Müstəqilliymiz və Media" mövzusunda konfrans keçirilib.
Qeyd edək ki, konfransda Prezident Administrasiyasının (PA) İçtimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və mətbu orqanların rəhbərləri iştirak ediblər. Konfransda Azərbaycan mətbuatının ölkəmizin tarixində tutduğu roldan danışılıb.
PA-nın şöbə müdiri bildirib ki, 20 il ərzində Azərbaycan mətubatı özünün keçməkeçli dövrünü yaşayıb. "Milli mətbuatımızın fəaliyyət dönəmini 4 hissəyə bölmək olar. Əsası 1875-ci ilə qoyulan milli mətbuatımız Xalq Cumhuriyyəti zamanında özünəməxsus inkişafı ilə yadda qaldı. Sovetlər dönəmində Azərbaycan mətbuatı azad olmasa da, peşəkar kadırların məhz bu dövrə düşdüyü danılmazdır. İkinci dəfə müstəqillik qazandıqdan sonra mili mətbuatımızın inkişafında sovet dönəmində çalışan jurnalistlərin xüsusi əməyi, rolu oldu. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə mətbuatın üzərindən senzuranın götürülməsi ilə Azərbaycan jurnalistikası inkişafının yeni mərhələsinə qədəm qoydu", - deyə Ə.Həsənov bildirib.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycan jurnalistləri sərbəst şəkildə istənilən dövlət, qeyri-dövlət, cəmiyyət və qurum haqqında informasiya toplamaq imkanına malikdirlər: \"Azərbaycan mətbuatı bu gün postsovet məkanının ən qabaqcıl nümunələrindən biridir və bunun təməlini ümummilli liderimiz Heydər Əliyev qoyub. Müasir Azərbaycan mediasında Heydər Əliyev media üzərində senzuranı ləğv edən dövlət başçısı kimi qaldı və Heydər Əliyevin dövründə Azərbaycan mediasına, jurnalistlərinə dövlət qayğısı başladı. Heydər Əliyevin dövründə Azərbaycan mediasına dövlət qayğısı siyasəti ortaya qoyuldu, media orqanlarının dövlətə olan borcları donduruldu. Media orqanlarının üzərindən bütün vergilər götürüldü. Media orqanların Azərbaycan cəmiyyətindəki fəaliyyəti üçün lazımi qayğı dövlət səviyyəsində təşkil olundu. Bu siyasət bu gün də davam edir. Bu gün Azərbaycan dövlətinin mətbuat siyasəti sözün əsl mənasında dünya dövlətləri sırasında özünəməxsus dəsti-xətti ilə seçilir\".
PA rəsmisi təsadüfi saymır ki, Azərbaycanın dövlət başçıları sırasında medianın dostu mükafatını ilk dəfə Heydər Əliyev alıb: \"Heydər Əliyev o zaman bir ifadə işlətdi: \"Mən ömrümdə çox mükafat və ordenlər almışam, amma jurnalistlərin mənə verdiyi bu ödül çox dəyərlidir və mənim həyatımda xüsusi dəyəri var\". Eyni sözləri ötən il Prezident İlham Əliyev də dedi. Dövlət başçısının \"Mən jurnalistlərin bu mükafatını xüsusi dəyərləndirirəm və fəxr edirəm ki, jurnalistlər məni özlərinin dostu seçiblər\" deməsi onu göstərir ki, dövlətin maraqlarında müstəqil medianın inkişafı siyasəti mövcuddur\".
Ə.Həsənov təəssüflənib ki, bu gün media adından sui-istifadə edib cəmiyyətimzi, ayrı-ayrı insanları təhdid edən, parlament, qanun, məmur tanımayan, mətbuat əxlaqı olmayan jurnalistlər də mövcuddur.
\"Belələrinə qarşı biz birmənalı şəkildə mübarızə aparırıq. Bu mübarizəni tək dövlət deyil, mətbuat orqanlarının özləri, jurnalist təşkilatları, o cümlədən Mətbuat Şurası aparır. Bəzən təəssüflər edirəm ki, bəzən öz ailəsinə heç bir xeyir verməyən bir nəfər adam qolunu çırmalayıb, özünü salıb mətbuat meydanına və bütün mətbuata, jurnalistlərə, jurnalist əxlaqına, cəmiyyətin dəyərlərinə meydan oxuyur, məhkəmə qanunlarını tanımır, icradan imtina edir, parlamentə ikrah hissi ilə yanaşır. Jurnalistikamız belə hallara qarşı barışmaz mübarizə aparmalıdır.
Əgər bir dövlət orqanı mətbuatda yazılan yazıya reaksiya verirsə, bunun günahı o məmurda deyil, bunun günahı o medianı nüfuzdan salıb, bütün günü həmin orqan haqqında yüzlərlə uydurma yalan yazan jurnalistdədir. Nəyə görə bir jurnalist gündə 10 dəfə nazir haqqında yalan informasiya yayır, onu tutdurur, onu çıxartdırır. Qəzetlərin biri real yazanda, məmur hardan bilsin ki hansı realdır? Cəmiyyət hardan bilsin? Ona görə də cəmiyyəti aldatmaq missiyasını jurnalistikanın üzərindən birdəfəlik götürmək lazımdır\", - Həsənov vurğulayıb.
PA rəsmisinin sözlərinə görə, bu gün Azərbaycan Prezidenti və onun yürütdüyü siyasət sözün həqiqi mənasında azad demokratik mətbuatın formalaşmasına yönəlib: \"Biz azad, demokratik mətbuatı bizi təhdid edən bir vasitə kimi deyil, Azərbaycana xidmət edən, dövlətə və dövlətçiliyə xidmət edən bir vasitə kimi dəyərləndiririk. Biz hər şeyi görə bilmərik, amma mətbuat hər şeyi görür\".
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, Azərbaycanda bütün sahələrdə həyata keçirilən geniş quruculuq işləri mediadan da yan ötmür. Mətbuat orqanlarının cəmiyyətdəki yeri və roluna toxunan Vəliyev onların ölkəmiz üçün taleyüklü anlarda həmişə qətiyyətli mövqe tutmasına diqqət çəkib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın XX əsrin əvvəlində dövlət müstəqilliyinə qovuşmasında və əsrin sonunda onu yenidən bərpa etməsində medianın müstəsna rolundan danışıb.
\"Mətbuatımız suverenliyimizlə bağlı bir-birindən fərqli zamanda fəaliyyət göstərərək müstəqilliyə uzanan yolda, obrazlı desək, hədəfi nişan alan başlıca qüvvə kimi tanınıb. O qüvvə böyük siyasi təlatümlər qarşısında sarsılmayıb, milli özünüdərkdə və milli şüurun oyanışında katalizator rolunu oynayıb. Bu prosesin kökü Həsən bəy Zərdabinin böyük zəhmətlər bahasına ərsəyə gətirdiyi \"Əkinçi\" qəzetinə gedir. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətini doğurmuş azadlıq əslində məfkurə olaraq Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Cəlil Məmmədquluzadənin, Məmməd Əmin Rəsulzadənin, Nəcəf bəy Vəzirovun və başqalarının nəzərlərində canlandırdıqları, qəzet səhifələrinə daşımaqdan usanmadıqları azadlıq idi və o torpaq, millət, yurd sevgisi üzərində köklənən həqiqi ziyalı vətənpərvərliyinin nəsillərə miras şah əsəridir\", - o vurğulayıb.
XX əsrin sonlarına doğru Azərbaycanın dövlət müstəqilliyinin bərpasına yönələn mübarizədə mətbuatın oynadığı rola diqqət çəkən Amaşov bildirib ki, həmin vaxt mövcud olmuş KİV-lərin əksəriyyətinə xas cəhət əsl ziyalı missiyasını üzərinə götürmək olub. Milli müstəqilliyimizə doğru aparan yolda meydana çıxan mətbuat fəaliyyəti ilə yeni jurnalistikanın, fikir təqdimatı formasının, üslub və tərzin əsasını da qoyub.
Daha sonra çıxış edən yerli KİV nümayəndələri müstəqilliyin əldə edilməsində ölkə mətbuatının olduqca çətin və məşəqqətli mərhələ keçdiyini və bu prosesdə ayrı-ayrı qələm sahiblərinin fədakar əməyinin olduğunu vurğulayıblar.
Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində müstəsna xidmətləri olan media orqanlarına Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olunub. Konfrans iştirakçılarına həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş medal və digər xatirə hədiyyələri verilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB