Sumqayıtda səhiyyə şöbəsinin müdiri işdən çıxarılıb

Sumqayıtda səhiyyə şöbəsinin müdiri işdən çıxarılıb

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışan Rauf Sadıqov tutduğu vəzifədən uzaqlaşdırılıb. SİA-nın xəbərinə görə, onun yerinə hazırda Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov təyin olunub. Qeyd edək ki,V.Qəhrəmanov 1980-1992-ci və 1993-1995-ci illərdə də şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Sumqayıtda Səhiyyə Şöbəsi isə 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcud olub.


Bütün xəbərlər Facebook səhifəmizdə