Azərbaycan MDB-də azad ticarət zona haqqında müqaviləyə qoşulmadı

Azərbaycan MDB-də azad ticarət zona haqqında müqaviləyə qoşulmadı

Sankt-Peterburqda keçirilən MDB hökumət başçılarının toplantısında azad ticarət zonası haqqında müqavilə qəbul edilib.

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, müqaviləni Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldava və Tacikistanın hökumət başçıları imzalayıblar. Azərbaycan, Özbəkistan və Türkmənistan müqavilə imzalamaqdan imtina edib.

Müqaviləni imzalamayan dövlətlərin təmslçiləri bu ilin sonuna kimi müqaviləyə qoşulmaq məsələsini müzakirə edəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə