Ekvadorun Xarici İşlər Naziri Azərbaycandadır

Ekvadorun Xarici İşlər Naziri Azərbaycandadır

Bu gün Ekvador Respublikasının Xarici İşlər, Ticarət və İnteqrasiya Naziri Rikardo Armando Patinyo Aroka Azərbaycan Respublikasına rəsmi səfər edib.

XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı Rikardo Armando Patinyo Arokanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eyni zamanda, Baş nazir cənab Artur Rasi-zadə, Milli Məclisin Sədri cənab Oqtay Əsədov və Xarici İşlər naziri cənab Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə