1915-ci ildə xalqınıza qarşı törədilmiş talanlar onu törədənlərin varisləri tərəfindən etiraf edilməyincə, Fransa üzərinə düşən öhdəlikdən geri çəkilməyəcək"
"Şübhə etmirəm ki, lazımi anda ölkənizdə və regionda sülh və rifah üçün riskə gedərək Ermənistanın gələcəyində izinizi qoyacaqsınız". Bu sözlər Fransa prezidenti Nikola Sarkozinin bir müddət əvvəl regiona səfəri münasibətilə Serj Sarkisyana ünvanladığı məktubdandır.
Məktubunda Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunan Fransa lideri bildirib ki, ölkəsi münaqişənin danışıqlar yolu ilə həlli prosesində Ermənistanın yanındadır: "Əmin olun ki, Fransa ölkəniz qarşısında dayanan problemlərin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesində daim yanınızdadır".
N. Sarkozi Ermənistana səfəri zamanı uydurma "erməni soyqırımı" abidəsini ziyarət etməsinə xüsusi toxunub: "Səfərdən mənim xatirimdə qalan ən həyəcanlı məqam Genosid Memorial Kompleksini ziyarət etdiyim, 1915-ci il aprelin 24-də xalqınız barəsində çıxarılmış qətl hökmünün qurbanlarının xatirəsinə ehtiram bildirdiyim zaman keçirdiyim hisslərdir. Əmin olun ki, xalqınıza qarşı törədilmiş bu talanlar onu törədənlərin varisləri tərəfindən etiraf edilməyincə, Fransa üzərinə düşən öhdəlikdən geri çəkilməyəcək".
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB