Nərimanov rayon gəncləri Heydər Əliyev Fondunda olublar - FOTOSESSIYA
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup fəal gəncləri Heydər Əliyev Fondunda olublar. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu dahi şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulub.
Fond elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir. Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, görkəmli siyasi xadim haqqında yazılmış kitablar qonaqlarda böyük maraq doğurub.
Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş fotoşəkillər, iş otağındakı əşyalar qonaqlarda zəngin təəssürat yaradıb.
Gənclər Fonddan zəngin təəssüratla ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB