Millət vəkili: Azərbaycan beynəlxalq arenada öz səsi ilə problemlərini qaldıracaq gücə sahib olub

Millət vəkili: Azərbaycan beynəlxalq arenada öz səsi ilə problemlərini qaldıracaq gücə sahib olub

Müstəqillik illərində ən böyük itgimiz torpaqlarımızın 20%-in işğal olunması, qaçqın və məcburi köçkünlərin olmasıdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, ən böyük nailiyyətlər isə beynəlxalq arenada söz sahibi olacaq dövlətə çevrilmə perspektividir. Bu istiqamətdə böyük işlər görüldüyünü deyən F.Mustafa vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq arenada öz səsi ilə problemlərini qaldıracaq gücə sahib olub.

"Müstəqilliyin ən böyük uğuru isə o olacaq ki, hər bir vətəndaş istər sosial rifah, istərsə də mənəvi baxımından bundan qürur duyacaq bir səviyyəyə gəlsin. Buna da nail ola bilsək, həmin tarix müstəqillik tariximizdə hamının fəxr edəcəyi, qürur duya biləcəyi bir gün kimi hamını birləşdirəcək gün olacaq. İnkişaf etmiş xalqlarda bütün problemləri həll olunandan sonra hamının bir araya gələ biləcəyi bir gün hamı tərəfindən qəbul olunur. İnsanlar bu gündə bir-birinə sayğı, birlik göstərməyə nail olurlar". – deyə millət vəkili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə