Rəsmi Moskva Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynlinin "Ermənistanın Rusiya ilə əlaqələri regionda qeyri-sabitliyə səbəb olur" bəyanatı ilə razılaşmır.
SİA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib: "Mən bu cür qiymətləndirmə ilə razı deyiləm. Rusiya regionda sülhün və stabilliyin qorunmasında maraqlıdır. Biz hər iki dövlətlə Ermənistan və Azərbaycan ilə mütəmadi olaraq əlaqələr qururuq. Bizim səylərimizin əsasını Qarabağ münaqişəsinin nizamlanmasını irəli aparmaqdır".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli Ermənistanın Rusiya ilə əlaqələrinin regionda qeyri-sabitliyə səbəb olduğunu bildirib: "Regionun ən kiçik dövləti olan Ermənistan bu gün Rusiya ilə mühüm hərbi siyasi sazişlərə malikdir. Regiondakı münaqişələr bölgənin inkişafına ciddi mane olur. Bu münaqişələr həll olunarsa, Cənubi Qafqaz iqtisadi baxımdan inkişaf etmiş bölgəyə çevrilər. Azərbaycanın mövqeyi bəllidir - regionda münaqişələr həll olunmayana qədər birgə layihələrdən söhbət gedə bilməz"- deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB