Yeni Azərbaycan Partiyası “Möhtəşəm 20 il” adlı tədbir keçirib - FOTOSESSİYA
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikası Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Möhtəşəm 20 il" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, millət vəkillərinin, ziyalıların qatıldığı tədbiri giriş nitqi ilə açan YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov ilk olaraq müstəqilliyimizin qazanılmasının tarixi keçmişindən danışıb. O qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin uğurlu siyasəti və addımı nəticəsində Azərbaycan öz tarixi müstəqilliyinə qovuşdu: "Bu siyasi kursun layiqli davamçısı cənab prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində isə Azərbaycan bir daha öz sərbəstliyini, əmin-amanlığını təmin etdi. Məhz bunun nəticəsi olaraq günü-gündən inkişaf edən ölkəmizin bütün sahələrdə iqtisadiyyatda, idmanda, səhiyyədə, böyük uğurlu inkişaf nəzərə çarpıb". Partiyanın icra katibinin sözlərinə görə, 20 il ərzində Azərbaycan əhəmiyyətli sürətdə dəyişib. Onun sözlərinə görə, bir millətə əldə elədiyi müstəqillik 20 il ərzində nə verə bilərsə, bu müddət ərzində Azərbaycan artıqlaması ilə buna nail ola bilib: "1990-cı ilin əvvəllərindəki xaos və anarxiyadan qurtulan Azərbaycan indi bölgənin ən güclü ən qüdrətli dövlətinə çevrilib. Dünya səviyyəsində öz mövqeyini, rolunu və əhəmiyyətini nəzərəçarpacaq dərəcə yüksəldib. Həyatımız, inanların rifahı dəyişib və bütövlükdə Azərbaycanın özü və dünyadakı rolu dəyişib".
Daha sonra çıxış edənlər millət vəkilləri Bahar Muradova, Eldar İbrahimov, Vahid Əhmədov, İlyas İsmayılov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Fəttah Heydərov müstəqilliyin tarixindən və Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətindən danışıblar. Qeyd olunub ki, qazanılan uğurlar sayəsində getdikcə artan beynəlxalq əlaqələr Dağlıq Qarabağ probleminin həllində əsas rol oyanayıb. Məhz buna bariz sübutdur ki, Azərbaycan dünya ictimaiyyətinə yetərincə təqdim olunub. Azərbaycan xalqının cənab prezidentin və YAP ətrafında daha sıx birləşməsi bu siyasi gücü daha da artırıb.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB