PA rəsmisi: “Azərbaycan Dağlıq Qarabağda infrastrukturu bərpa etmək gücünə malikdir”
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra orada infrastrukturu bərpa etmək gücünə malikdir. Buna Azərbaycanın kifayət qədər iqtisadi və maliyyə imkanları var". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
Azərbaycanın regionda lider dövlətə çevrildiyini diqqətə çatdıran E.Aslanovun sözlərinə görə, ölkəmiz hətta başqa dövlətlərə investisiya qoymaq gücünə malikdir və bunu edir: "Ermənistanda isə miqrasiya günü-gündən artır, iqtisadi imkanlar çox aşağı səviyyədədir. Odur ki, Ermənistan regionda vəziyyətini başa düşməli, destruktiv siyasətini dəyişməli və daha konstruktiv yola gəlməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB