Ermənistanın Tavuş vilayətində dislokasiya olunmuş İcevan hərbi hissəsində 21 yaşlı sıravi əsgər Aram Melkonyan ölüb.İrəvan sakini olan A. Melkonyan 2011-ci ilin ilk çağırışında hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi David Karapetyan əsgərin ölümünü təsdiqləyərək təfərrüat verməyib. Əsgərin hansı səbəbdən öldüyü hələlik bəlli deyil.
Qeyd edək ki, bu, son 5 gündə Ermənistan ordusunda baş vermiş 3-cü əsgər ölümüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB