Elmar Məmmədyarov Argentina İslam Mərkəzinin üzvlərini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzi və parlament üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan - Argentina münasibətləri ilə yanaşı, parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Nazir Elmar Məmmədyarov bu kimi səfərlərin iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə Argentinalı qonaqlara məlumat verən E. Məmmədyarov, Azərbaycanın günbəgün inkişaf edən iqtisadiyyatının ölkənin güclənməsinə gətirib çıxardığını vurğulayıb.
Argentinalı parlamentarilər Azərbaycan həqiqətlərinin Argentina ictimaiyyətinə çatdırılması üçün hazır olduqlarını bildiriblər. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB