Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində" mövzusunda dəyirmi masa keçirib.
SİA-nın xəbərinə görə, QHT-yə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycan QHT sektorunun 20 il ərzində keçdiyi yola diqqət yetirib, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr təhlil olunub. Onun sözlərinə görə, Azərbaycan QHT sektoru müstəqillik dönəmində ötən 20 ildə həqiqətən böyük inkişaf yolu keçib. "2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası" nın təsdiq edilməsi ölkədə ictimai sektorun inkişafı üçün yeni mərhələ açıb. Konsepsiya əsasında yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə QHT-lər dövlət büdcəsindən maliyyə yardımı almağa başladı. Bununla ölkədə milli donor institunun formalaşması istiqamətində ciddi addım atılıb və Azərbaycan QHT-ləri xarici donorların asılılığından azad olub. Dörd illik fəaliyyəti dövründə Şura 1000-dən çox QHT layihəsinə 7,5 milyon manatdan artıq vəsait ayrılıb",- deyə əlavə edib. Tədbirdə dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə şuranın nəşr etdiyi "Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində" kitabının təqdimatı olub. Kitab Azərbaycan qeyri-hökümət təşkiltlarının yaranmasında və inkişafında xüsusi xidmətləri olmuş nüfuzlu dövlət məmurları, Milli Məclis deputatları və tanınmış QHT rəhbərlərinin məqalə və müsahibələrindən ibarət topludur. Təqdim olunan materiallarda QHT sektorunun formalaşması və inkişafının ayrı-ayrı mərhələləri əsaslı şəkildə təhlil edilmiş, 20 illik dövlət müstəqilliyi dönəmində bu sahədə əldə olunmuş nailiyyətlərə nəzər yetirilib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB