İordaniyanın iki mobil operatoru “Karabakh Telecom” şirkəti ilə qanunsuz rouminq əməkdaşlığını dayandırıb
İordaniyanın iki mobil operatoru "Karabakh Telecom" şirkəti ilə qanunsuz rouminq əməkdaşlığını dayandırıb. Azərbaycanın İordaniyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, İordaniyanın iki aparıcı mobil operator şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Karabakh Telecom" şirkəti ilə rouminq sahəsində əməkdaşlığı İordaniyanın aidiyyəti qurumları tərəfindən qarşısı alınıb.
Həmin qurumlar bununla bağlı Azərbaycanın Əmmandakı səfirliyini rəsmi qaydada məlumatlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB