\"Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası: Çağırışlar və prespektivlər\"
Bugün Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) akademiyasının tələbə elmi cəmiyyəti ilə birlikdə dövlət müstəqillimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası: Çağırışlar və prespektivlər" mövzusunda seminar keçirib. SİA-nın xəbərinə görə, millət vəkili Rasim Musabəyovun, politoloq Elman Nəsirlinin, gənclər təşkilatının nümayəndələrinin və s. qatıldığı tədbirdə Azərbaycanın 20 il ərzində avrointeqrasiya sahəsində əldə etdiyi nailiyyətlər, növbəti on ildə bu sahədə olan prespektivlər, eyni zamanda ölkəmizin avro-atlantik məkanda siyasivə enerji təhlükəsizliyi məsələləri müzakirə olunub. Çıxış edənlər Azərbaycanın sürətli, dinamik inkişafında ulu öndər Heydər Əliyevin göstərdiyi xidmətləri və bu siyasətin layiqli davamçısı cənab prezident İlham Əliyevin diqqət və qayğısını xüsusilə vurğulayıblar. Qeyd olunub ki, gənclərin Avropaya inteqrasiyasında mühüm nailiyyətlər əldə edilib, xarici universitetlərdə təhsil alan tələbələrimiz müxtəlif diplom və sertifikatlara layiq görülərək Azərbaycana qayıdıb.
Tədbir sonda maraqlı müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB