13-16 oktyabr 2011-ci il tarixində İstanbul Aydın Universitetində (Türkiyə) "Üç dəniz hövzəsi ölkələrinin ortaq idarəetmə mədəniyyəti və yenidən qurulma problemləri" mövzusunda beynəlxalq simpozium keçiriləcək. SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Cavid Vəliyev tədbirdə iştirak edərək "Cənubi Qafqazda geopolitik hakimiyyət uğrunda mübarizə" adlı məruzə ilə çıxış edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin dövlət sistemlərinin və idarəçilik mədəniyyətlərinin meydana gəlməsini, son əsrdə baş vermiş siyasi dəyişiklikləri, onların qarşılıqlı təsirini və bu müddətdə meydana gələn problemləri, onların həlli yollarını təhlil etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB